Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Ərdoğan və komandası odla oynuyur - Rəsmi Dəməşq

"Bu addım Türkiyənin mənafeyini də güdmür"

“Ərdoğan Türkiyənin sərhəddə yerləşən qəsəbə və kəndlərini dünyanın müxtəlif bölgələrindən axışıb-gələn terrorçular üçün sığınacağa çevirib”.

İnterAz-ın Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad deyib.

O, verdiyi müsahibədə Ərdoğan və komandasının Suriya ilə bağlı siyasətini kütbeyinlərin və axmaq insanların əməlinə bənzədib:

“Türkiyə hakimiyyəti, Suriya ordusunun Livanla sərhəddə terrorçulara endirdiyi zərbələrdən sonra, bizim ərazilərimizi top atəşinə tumağa və ölkənin hava qüvvələrini hədəfə almağa başlayıb. Bu addım Türkiyənin mənafeyini də güdmür. Ərdoğan və onun komandası odla oynayırlar.”

Bildirək ki, dünən Türkiyə ordusu toplardan Suriyanın Laziqiyyə əyalətini hədəfə alıb. Bundan öncə isə Türkiyə Suriyanın bir hərbi təyyarəsini yerə salmışdı.
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP