Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Düyünün faydaları

Dənli bitkilər arasında düyü xüsusi fərqlənir. İnsan bədənini B1 vitamini ilə təmin edən bu qida növü insana enerji verməkdə, bağırsaqları yaxşılaşdırmaqda, qanda olan şəkəri tənzimləməkdə, yaşlanma müddətini azaltmaqda köməkçi olur.
İnsanı mədə xəstəliklərindən qoruyur. Düyüdə orqanizm üçün qiymətli olan amin turşusu, nişasta, D vitamini, kalsium, lif, dəmir və riboflavin var. Sağlam immunitet sistemi üçün bu vitaminlər təsirlidir.
Nişasta baxımından zəngin olan düyü, insanı enerji ilə təmin edən qidalardan biridir. Həmçinin vitaminlər baxımından olduqca qiymətlidir.
Məlumata görə düyüdə B1, B2, C və E vitaminləri, natrium, maqnezium, kalium, kalsium, dəmir və fosfor mineralları var.
Bütün bunların sayəsində düyü bədən inkişafını dəstəkləyir. Bədənə enerji və qüvvət verir. Düyünün qida dəyəri qabığı alındığında azalar.
Bu səbəbdəndə qida dəyərlərinin qorunması üçün kəpəkli düyü seçilməlidir.
Faydaları isə aşağıdakılardır:
- zehni fəaliyyətə kömək edir;
- doyurucudur;
- yüksək təzyiqi salır;
- həzmi asanlaşdırır;
- bədəndə olan suyu çəkərək toksiki maddələri uzaqlaşdırmağa kömək edir;
- dəri sağlamlığına faydalıdır;
- böyrəklərə faydalıdır;
- qandakı xolesterol nisbətini azaldaraq ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir;
- ishalı önləyir.
Düyünü süd ilə bişirdikdə cinsi gücü artırmağa kömək edir. Bundan əlavə qaynadılmış düyü suyu üz dərisinə ağlıq və canlılıq verir.
Düyü unundan yaraları qurutmaq üçün də istifadə edirlər.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11