Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

İsrail rejimi çökür

İsrail rejimi çökür: “Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil”

İsrailli məmurlar əmək haqlarının azlığına etiraz etməsi ölkədə viza problemi yaradıb

İsrail rejimi bir neçə gündür ki, bütün ölkələrdəki diplomatik nümayəndəliklərini bağlayıb. Buna səbəb məvaciblərin azlıqlarına etiraz edən səfirlik əməkdaşlarının tətil etməsidir.
Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrail rejiminə səfərini sual altında qoyub. Onun səfəri may ayı üçün planlaşdırılır. Ekspertlərin sözlərinə görə, bu, 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək həmin ərazidə yaradılmış "İsrail dövləti"nin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib, dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub.

“Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil”, - diplomatlardan biri deyib. İsrail XİN rəhbəri sionist Aviqdor Liberman baş verənləri “məsuliyyətsizlik” adlandırıb. “Bu, dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik”, - nazir qeyd edib.

Tətil edənlərin ümumi sayının 1200 nəfər olduğu deyilir. Onların sözlərinə görə, aksiya müddətsizdir. İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xarici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların üçdə bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.

Qeyd edək ki, İsrail rejiminin Azərbaycanda da səfirliyi də bir neçə gündür ki, fəaliyyətini dayandırıb. Səfirliyin əlaqə nömrələri cavab vermir.

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu da xərçəng xəstəliyi səbəbindən İsrail rejimində müalicə alır. O, müalicə üçün yenidən İsrail rejiminə gedib. Əməkdaşımıza bu barədə danışan V.Səmədoğlu deyib ki, hazırda həkim müayinəsindən keçir və İsrail rejiminə martın 24-də gedib. Şair sözügedən səfirlik fəaliyyətini dayandırmazdan əvvəl viza ala bilib./musavat/
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber