Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Əsgər anası oğlunun qatillərinin tapılmasını tələb edir

Xanım Alıyeva: “Oğlumun qatillərinin tapılmasında bizə kömək edin”

Ötən il dekabrın 11-də “N” saylı hərbi hissənin əsgəri Orxan Alıyev dünyasını dəyişib. Onun anası Xanım Alıyeva redaksiyamıza müraciət edərək 1994-cü il təvəllüdlü oğlunun rəsmən bildirildiyi kimi “hipertrafik kardiomiopatiya”dan dünyasını dəyişmədiyini qeyd edib:
“12-ci ay idi ki, Naftalandakı ”N" saylı hərbi hissədə qulluq edirdi. 2013-cü il dekabrın 11-də gecə 00:30-da müəmmalı şəkildə qətlə yetirilib. Halbuki 00:25-dək qardaşı ilə mobil telefon əlaqəsində olub. Danışıq zamanı kənardan müdaxilə eləyənlər olub və oğlum telefon danışığına “otboy” vermədən həmin adamlarla qarşılıqlı kobud söyüşlərlə mübahisə ediblər. Hadisədən dərhal sonra hərbi hissə komandanlığı tərəfindən meyitə prokurorluq orqanlarının baxışı və müayinəsi olmadan Tərtər hərbi-regional tibbi ekspertizasına göndərilib. Valideyn kimi bizim hüquqlarımız kobud surətdə pozulub, bizə məlumat hadisədən 8 saat sonra verilib. Halbuki vaxtında məlumatlanmış olsaydıq, oğlumun ekspertizasında iştirak etmiş olardıq. Və bu qədər də ayrı-ayrı dövlət məmurlarının qapısını döyməzdik.
Mənim oğlum tam sağlam olub, bir neçə dəfə xidmətə gedənə qədər səfərbərlik idarəsinin tibbi komissiyası tərəfindən, bir dəfə də MNX-nin kardioloji şöbəsində rəngli dopler, exokardioqrafiya olunub və hamısında nəticə olaraq sağlam olmasına görə arayış verilib. Tabutu evimə gətirəndə tələb etdim ki, tabut açılsın və bizim iştirakımızla ekspertiza olunsun. MN hərbi-tibbi ekspertizasının rəisi Rasim Əliyev iştirak edirdi, oğlumun cəsədi tabutdan çıxarılmadı, heç bir geniş müayinə keçirilmədi. Bir onu gördüm ki, oğlumun qarın boşluğunun dərisi kürəyinə yapışıqlı kimidir.

Bu da haqlı olaraq məndə şübhə oyadır ki, oğlumun cəsədinin daxili orqanları çıxarılıb. Buna görə də oğlum öldürülən gündən bu vaxta qədər əlaqədar dövlət orqanlarına yazılı ərizələrlə, telefon danışıqları ilə və mətbuat orqanları vasitəsilə oğlumun cəsədinin ekskumasiya olunmasını tələb etmişəm. Mənim ərizələrim cavabsız qalıb. Üç ay vaxt keçəndən sonra mənə deyirlər ki, indi meyiti təkrar açıb baxış keçirmək istəyirik. Razıyam, açılsın. Ancaq bir şərtlə ki, tibbi ekspertlər yazılı şəkildə təminat versinlər ki, meyitin tamlığı qorunub saxlanıb, meyit çürüməyib, meyit tanınmaz formaya düşməyib, orqanları çürüməyib. Əgər bunlara təminat vermirlərsə, meyitin açılmasına artıq razı deyiləm. Çünki bilərəkdən gecikdirilib ki, meyit çürüsün.
Bunların əgər başqa məqsədləri olmasaydı, oğlum ölən kimi məni məlumatlandırardılar və məndə hadisə yerində iştirak edərdim. Mənə qəsdən vaxtında məlumat verməyiblər ki, izləri itirsinlər və orqanları satış məqsədilə rahat-rahat maneə olmadan çıxarsınlar. Hadisənin 2 ayına qədər istintaq araşdırma səviyyəsində aparılıb, yalnız təkidli şikayətlərimizdən sonra 2014-cü il fevralın 5-də CM-nin 342.2 maddəsi ilə cinayət işi başlanıb".
Şikayətçi bildirib ki, cinayət işində heç bir real hərəkət yoxdur. Şübhələndikləri şəxslər istintaqa cəlb edilmir: “Prokuror Fuad Məmmədov dedi ki, siz zərərçəkmiş deyilsiniz”. X.Alıyeva qeyd edib ki, oğlu müxtəlif instansiyalarda dəfələrlə həkim tibb komissiyasından keçib və “tam sağlamdır və yararlıdır” deyə arayışlar verilib: “18 yaşlı oğlumun hərbi xidmətdə 12 aylıq qulluğu zamanı, sağlamlığı ilə bağlı heç bir şikayəti olmayıb, əksinə, qulluq etdiyi hərbi hissədə bütün döyüş hazırlığını keçmiş, fiziki hazırlıq üzrə bütün normativləri yüksək səviyyədə ödəyərək hərbi hissənin komandanlığı tərəfindən təşəkkür olaraq öz növbəsindən əlavə doğmaları ilə görüşmək üçün məzuniyyətə göndərilmişdir. Bütün bunlara baxmayaraq oğluma saxta "hipertrafik kardiomiopatiya" diaqnozu qoyulub".
Şikayətçi prezidentdən kömək istəyir: “Hadisə 3 aydan artıq bir müddət keçməsinə baxmayaraq istintaq obyektiv aparılmır, öldürülmə faktı ört-basdır edilir, faktlara söykənən şübhələrimiz Tərtər hərbi prokuroru Fuad Məmmədov tərəfindən araşdırılmaq əvəzinə əsassız sayılır və nəzərə alınmır. Oğlumun qatillərinin tapılmasında bizə kömək etmənizi və oğlunu itirmiş əsgər valideyni kimi bizi bir neçə dəqiqəliyinə qəbul etmənizi xahiş edirik”./musavat/
1370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44