Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Azərbaycanda Yusif və Zəhra adları populyarlığını saxlayır

2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır.

Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.
1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51