Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Qəzzafi ölməyib

İran mətbuatı Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin həyatda olduğunu bildirdi. Misirdəki bir qəzetin iddiasına istinadən verilən xəbərə görə, 2 il əvvəl öldürülən Qəzzafinin məlum görüntüləri də səhnələşdirilmiş görüntülər olub, - Sabah qəzeti.

Bu haqda ilk olaraq İran radio və televiziyası xəbər verib. Xəbərə görə, Qəzzafi Liviyanın qonşularından birində gizli həyat sürür. İddia əvvəlcə Misirin Əl-Misri Əl-Yovm qəzetində yer alıb. Qəzetin müstəqil jurnalisti Əsəd Embiya Əbu Qaylanın iddiasına istinad edərək verdiyi xəbərinə görə, Liviyanı 42 il ərzində idarə edən M.Qəəzafi hələ həyatdadır. Liviyanın keçmiş diktatorunun milyonlarla adam tərəfindən izlənilən döyülmə görüntülərinin də gerçək olmadığı fikrini irəli sürən Əbu Qayla, 2011-ci ildəki NATO bombardmanında bir ayağını itirən Qəzzafinin Liviyaya qonşu Afrika ölkələrindən birində müalicə olunduğunu, tam sağaldığını və məxfi bir həyat sürməyə davam etdiyini iddia edib. İran radio və televiziyasının fransızca yayımlanan bölümü də bu iddianı dünyaya açıqlayıb. deyerler.org
1983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...