Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Rza Zərrabın ölkədən qaçdığı iddia olundu

Türkiyəli müğənni Ebru Gündeşin dekabrın 17-də rüşvət ittihamı ilə həbs edilən həyat yoldaşı , azərbaycanlı iş adamı Rza Zərrabın ölkədən qaçdığı iddia olunub.

Polis, azadlığa buraxılan və ölkədən çıxmağına qadağa qoyulan Rzadan hər həftə gəlib Türkiyədə olduğunu isbatlayan sənədi imzalamasını istəyib. 7, 14 və 21 martda Kuştepe Polis idarəsinə gedib, imza atan Rzanın bu həftə tələbə əməl etmədiyi deyilir. Mətbuatda və sosial şəbəkələrdə iş adamının ölkədən qaçdığı xəbərləri yayılıb. Lakin Rza Zərrabın vəkili KİV-ə verdiyi açıqlamada müştərisinin imza üçün başqa polis idarəsinə getdiyini bildirib.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...