Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Ərdoğan 5000 tərəfdarını itirdi

İstanbulda 4 minə yaxın AKP üzvü CHP-yə, Ankarada isə 1000 nəfər AKP üzvü MHP-yə keçib.

Türkiyənin İstanbul şəhərində hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cumhuriyyət Xalq Partiyasına (CHP) keçib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, 30 mart seçkilərindən 2 gün əvvəl İstanbulun Əsənyurt rayonunda AKP üzvü olan bir neçə min insan bu partiyanın siyasətinə etiraz edərək müxalifət sıralarına qoşulub.

AKP-dən Əsənyurt bələdiyyə başqanlığına keçmiş namizəd Yunus Kalkan istefaların bu rayonda səsvermənin nəticələrinə ciddi təsir göstərəcəyini söyləyib.

Paytaxt Ankaranın Gölbaşı rayonunda isə təxminən 1000 nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.

Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək./interpress/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu