Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Yanacaq alan sürücüləri belə aldadırlar - Foto

“Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən "Fnint" firmasına məxsus yanacaqdoldurma məntəqəsi müştəriləri aldadır".

Bu barədə adının çəkilməsini istəməyən müştərilərdən biri bildirib.

Onun sözlərinə görə, özünə məxsus “Audi Q5" markalı avtomobilə yanacaq vurmaq üçün həmin məntəqəyə gedib və orada aldadıldığının şahidi olub: ”Dedim ki, “polnı bak” vurun. Avtomobilimin “bak”ı 75 litr benzin tutur. Mənə çek verəndə isə baxdım ki, 78 litr yazıblar. Təbii ki, məbləğ də 78 litrə uyğun qeyd edilib. Dedim axı maşınımın “bak”ı 75 litr tutur, siz ora necə 78 litr benzin vura bilərsiniz? Mübahisə etdik, nəticəsi olmadı. Deməli, bu adamlar hər müştəridən artıq pul alırlar".

Vətəndaş həmin yanacaqdoldurma məntəqəsindən ona verilən çeki də redaksiyamıza təqdim edib. “Audi Q5"in yanacaq çəninin həqiqətən 75 litr tutub-tutmadığını dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən ”Audi Mərkəz"lə əlaqə saxladıq. Bəlli oldu ki, vətəndaş düz deyir. Adıçəkilən yanacaq doldurma məntəqəsi ilə əlaqə saxlamaq mümkün olmadı (“Azadlıq”).

1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29