Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Mursinin iki tərəfdarına ölüm hökmü oxunub

Misirdə məhkəmə devrilmiş prezident Məhəmməd Mursinin iki tərəfdarına ölüm cəzasına məhkum olunublar. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

İstintaqın məlumatına görə, ölüm cəzasına məhkum olunan şəxslər Misirdə qadağan olunmuş “Müsəlman qardaşlar” hərəkatının üzvü olub. Onlar İsgəndəriyyə şəhərində uşaqların qətlində ittiham olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə “Müsəlman qardaşlar” hərəkatının 529 üzvünü ölüm cəzasına məhkum edib. Onlar polis məntəqəsinə hücum edərək bir qrup zabiti qətlə yetirməkdə ittiham olunurlar.
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP