Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Almaniyanın böyük şirkətləri Putini dəstəklədi

Almaniyanın böyük şirkətlərinin rəhbərliyi Qərbin tətbiqi etdiyi sanksiyalarla üz-üzə qalan Rusiya Prezidenti Vladimir Putini müdafiə ediblər.
Alman sahibkarlar qərbliləri uzağı görməməkdə qınayıblar. Məsələn, “Adidas”, “Deutsche Post” və “Thyssen Krupp” şrkətləri cəza ölçülərini böyük yanlışlıq adlandırıblar. “Deutsche Post”un rəhbəri Frank Appel bildirib ki, Ukraynadakı münaqişənin baş verəcəyini ehtimal etmək elə də çətin deyildi. Bunu son 2 ilin xronologiyasında görmək mümkün idi. 

Öz növbəsində, “Adidas” firmasının baş direktoru Herbert Hayner xatırladıb ki, Putinlə münaqişəyə qədər olan müddətdə təmaslara ehtiyac vardı. Belə olardısa, Ukraynada hakimiyyət dəyişikliyi qarşıdurmasız reallaşardı.

Oxşar fikirlə çıxış edən “Thyssen Krupp” rəhbəri Haynrix Hizinqer qarşıdurmalardan öncə Rusiyanın təklənməsi amilini önə sürüb. Beləliklə, digər şirkət rəhbərləri də sanksiyaları yersiz sayaraq, Rusiya ilə əməkdaşlığı davam etdirəcəklərini dilə gətiriblər.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:09