Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Pişik insanları xəstəliyə salır

Dünyada ilk dəfə pişiklərdən insanlara xəstəlik yoluxub. Uzun müddət davam edən araşdırmalardan sonra İngiltərədə yaşayan iki nəfərdə vərəm xəstəliyi müşahidə edilib. İngiltərədə evlərdə saxlanılan pişiklərdən insanlara yoluxan xəstəlik dünya mediasının gündəmindən düşmür.

“Daily Mail” qəzetində yayımlanan araşdırma nəticələrinə görə, sözügedən xəstəlik böyük baş heyvanlardan porsuqlara, porsuqlardan siçanlara, onlardan pişiklərə, pişiklərdən də insanlara yoluxub. Xəstəliyə tutulan adamlardan ikisi aktiv, ikisi isə passiv xəstəlik daşıyıcısıdır. Xəstəliyə tutulan heyvanlardan altısı ölüb, ikisi yaşayır, biri isə qaçıb. Virus tənəffüs yolu ilə və ya yaraya toxunduqdan sonra yayılır. İngiltərədəki pişik sahibləri xəstəlik yaymaqda təqsirli bilinirlər. Bu xəstəlik ağ ciyərlərlə yanaşı, sümüklərə və böyrəklərə də zərər verir.
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP