Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Səfər Əbiyevə həbs təhlükəsi

Keçmiş nazirə yaxın kadrların tutulmasının pərdəarxası

Keçmiş müdafiə naziri Səfər Əbiyevə həbs təhlükəsi yaranıb. Əldə etdiyimiz məlumatlara görə, Müdafiə Nazirliyindəki son həbslər də buna hesablanıb. Xatırladaq ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmilərin Xilasetmə Diviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Ilkin Əsgərov, Hərbi Dəniz Qüvvələrinin 2-ci dərəcəli kapitanı, polkovnik-leytenant Seyfi Hüseynov, Hərbi Dəniz Qüvvələrinin miçmanı, “kod 555" adı ilə tanınan keçmiş hərbçi Elxan Hacıyev həbs edilib.

Məlumatlara görə, həbs edilənlər Səfər Əbiyevə yaxın kadrlardır. Iddia edilir ki, keçmiş nazirə yaxın şəxslərin həbsi davam etdirələcək. Səfər Əbiyevin kadrların hədəf seçilməsi isə keçmiş nazirin həbsi üçün əsaslar toplamaqdır. Iddia olunur ki, həbs olunan şəxslərdən də məhz Səfər Əbiyevin tutulması üçün əsas olan ifadələr almağa cəhd edilir.

Yada salaq ki, Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra Müdafiə Nazirliyində ona yaxın hesab edilən şəxslərin əhəmiyyətli hissəsi işdən çıxarıldı. Bundan başqa mətbuata nazirlə bağlı müxtəlif komparamatlar “ayaq açdı”. Səfər Əbiyev isə bütün bunlara cavab olaraq “Bunların hansı mərkəzdən idarə olunduğu mənə məlumdur” şəklində bəyanat verdi. Keçmiş nazir bu bəyanatı ilə hakimiyyətdə rəqiblərinin olduğunu və ona qarşı kampaniya apardığını təsdiqləmiş oldu. Görünür, həmin qüvvələr Səfər Əbiyevlə birdəfəlik hesab çəkmək niyyətindədirlər. Və bunun üçün də keçmiş nazirin həbs olunmasına çalışırlar./azadlıq/
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP