Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Qubada və Qusarda 22 santimetr qalınlığında qar yağdı

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb
Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb. Gecə saat 3-dən başlayaraq şimal bölgəsinə qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 santımetr qalınlığında qar yağıb. Hazırda qarın yağması davam edir.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur. Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də qarlı hava müşahidə olunur.

Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Qeyd edək ki, gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.

Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.
1504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı