Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Rusiya Ukraynanı işğal etməyəcək

Sergey Lavrov: "Ukrayna sərhədini keçməyə nə marağımız, nə də niyyətimiz var"

Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşdirilməsi dünya dövlətlərində Putinin marağının Krımla məhdudlaşmadığına dair qorxular yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şənbə günü verdiyi açıqlama, bu şübhələri aradan qaldırıb. Lavrov Rusiya və Amerika liderləri arasında Ukrayna böhranın diplomatik çözümü ilə bağlı telefon söhbətindən sonra belə deyib: "Moskvanın Ukraynaya qoşun göndərmək niyyəti yoxdur".

Lavrov isə şənbə günü "Rossiya 1" telekanalına müsahibəsində belə deyib: "Ukrayna sərhədini keçməyə nə marağımız, nə də niyyətimiz var." Müsahibədən sonra Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə telefonla söhbət etdiyi məlum olub.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP