Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

21 nəfər özünə od vurdu

ABŞ-ın Ohayo ştatındakı Klivlend şəhərində, Çuyahoqa çayının sahilində 21 nəfər Afrikanın cənubundakı ölkələrdəki yoxsul insanlara yardım üçün pul toplamaq və eyni zamanda Ginnesin Rekordlar Kitabına düşmək üçün özünə od vurub.

Milli.Az AP-yə istinadən bildirir ki, aksiya iştirakçıları arasında xəsarət alanlar yoxdur.

"Özünə od vurmaq" seansının iştirakçıları bədəni yanmadan qoruyan xüsusi kostyumlar geyiniblər. Komanda verilən kimi onlara məşəllərlə od vurulub və yanan adamlar 32 saniyə ərzində meydanda gəzişiblər.

Ginnesin Rekordlar Kitabının nümayəndəsi rekordu qeydə alıb və bundan sonra alovlar içində olan 21 nəfər asfalta uzanıb, onları söndürüblər.

"Özünü yandırma aksiyası"na tanınmış kaskadyor Ted Batçelor rəhbərlik edib.

"Ginnesin Rekordlar Kitabındakı hər rekordun özünəməxsus çətinliyi var və bizim aksiya da istisna deyil. Xoşbəxtlikdən, Batçelor adam yandırmaq sahəsində superpeşəkardır", - Ginnesin Rekordlar Kitabının nümayəndəsi Filipp Roberston zarafatla söyləyib.

2009-cu ildə belə rekord elə Ohayo ştatında qeydə alınmışdı. Batçelorun rəhbərliyi ilə keçirilmiş aksiyada 17 nəfər iştirak etmişdi
2962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP