Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Şimali Koreya Amerikanı hədələdi

Şimali Koreya hökuməti dünya ictimaiyyətinin sərt təndiqlərinə baxmayaraq, nüvə başlığı daşıya bilən raket sınaqlarına ara verməyəcəyini bildirib. Ölkənin xarici işlər nazirliyi Koreyanın nüvə gücünə qarşı çıxan Qərb ölkələrini bu fikrindən yayındırmaq məqsədilə bu cür sınaqların vacib olduğunu qeyd edib. Koreya dövlət televiziyası vasitəsilə yayımlanan məruzədə nazirlik Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq edib.

"Amerika hökuməti Şimali Koreyanın nə etdiyini, nəyə qadir olduğunu görməli və tələsik qərarlar verməməlidir" - deyə məruzədə qeyd olunur.

Rəsmi Pxenyan bir müddət əvvəl daha 2 raketi sınaqdan keçirmişdi. 1300 kilometr uzaqlıqdakı hədəfi vurma qabiliyyətinə malik olan raketlər Yaponiyaya qədər məsafə qət edə bilir.

Şimali Koreya hərbisi 2006, 2009 və 2013-cü illərdə də raket sınaqları keçirməklə dünya ictimaiyyətinin diqqətinə və qəzəbinə səbəb olub. BMT Təhülkəsizlik Şurası rəsmi Pxenyanın hərəkətini beynəlxalq qanunların kobud şəkildə pozulması kimi dəyərləndirib. /ans/
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02