Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Azərbaycanda bir kənd baxımsızlıqdan xəritədən silinir

“Neftçalanın Yeni Qışlaq kəndi boşalır. Kənd yaxın vaxtlarda xəritədən silinəcək”.

Bunu virtualaz.org saytına açıqlamasında Vətəndaş Nəzarəti Şəbəkəsinin Neftçala üzrə nümayəndəsi Tanrıverdi Hüseynov bildirib.

T.Hüseynov dedi ki, bu ilin əvvəlindən kəndə elektrik verilişi dayandırılıb: “Deyirlər ki, kəndə gələn xətlər sıradan çıxıb, transformator yanıb. Halbuki Neftcala rayon icra başçısının birinci müavini Dilavər Əliyev hələ yanvar ayında transformator alınacağını vəd etmişdi”.

T.Hüseynov elektrik enerjisi olmadığından kəndlilərin 3 aydır susuz qaldığını qeyd etdi: “Kəndin 400-dən çox sakini var. Kəndlilər torpaqlarını əkib-becərə bilmirlər. Gecələr qaranlığa bürünən evləri qızdırmaq mümkün olmur. Kəndlə rayon mərkəzinin əlaqəsi tamamilə kəsilib, sakinlərin informasiya almaq imkanı yoxdur. Rayon mərkəzinə gedən yol da bərbad vəziyyətdədir, həmin yolu yalnız yük maşınları ilə keçmək mümkündür. İnsanlar xəstələnməməsi üçün gecə-gündüz Allaha dua edirlər. Gecə saatlarında ağır vəziyyətə düşən xəstə səhəri gözləməlidir”.



Kənddəki vəziyyətin dözülməz həddə çatması kənd məktəbində davamiyyətin düşməsinə səbəb olub. Gənclər kənddə yaşamaq istəmir. Buna görə də kənd tarixin yaddaşına köçmək təhlükəsini yaşayır.

Qeyd edək ki, virtualaz.org saytı səslənən bu fikirlərlə bağlı Yeni Qışlaq kəndinin icra nümayəndəsi Bayram Əsgərovla əlaqə yaratmağa cəhd etsə də ona məxsus telefona zəng çatmayıb.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı