Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Ayətullah Amilinin Azərbaycan Respublikası TV aparıcısının sözləri barədə müraciəti

Ayətullah Seyid Həsən Amilinin Azərbaycan Respublikası TV aparıcısının sözləri barədə müraciəti
Əgər hökumətiniz din üzərində qurulsaydı, şübhəsiz torpaqlarınızın 20 faizi işğal altda qalmazdı! Əsgərlərdə ruh yüksəyliyi yaratmaq üçün hərbi hissələrə müğənnilər yollayırsınız. Bunun bir nəticəsi olubmu?!
Son günlərdə Azərbaycan televiziya kanallarından birinin aparıcısı vəhhabilərin cinayətinə işarə edərək xalqa deyib ki, dini və din alimlərini qəbiristandan, yas məclislərindən çıxarıb, onları təbliğ üçün səhnəyə gətirdikdə, onlara söz meydanı verdikdə, belə cinayətkarlar ortaya çıxacaq.
Bu aparıcı uyğun sözü ilə Quranı, Peyğəmbəri (s), Həzrət Əlini (ə) və bütün imamları təhqir edib.
Uca Allah Quranda buyurur: “O zaman ki, Rəbbin Musaya dedi: Zalım qövmə doğru get.” (bax: “Şüəra”, 10) Bu ayədə Allah Musaya qəbiristanlığa deyil, Fironun sarayına getməyə əmr edir.
Qəbirlərlə maraqlanan din vəhhabilərin dinidir. Bizim dinimiz, bizim tövhidimiz zülmə qarşıdır. Bizim peyğəmbərimiz (s) qəbirlərdə təbliğat aparmayıb. Uca Allah buyurur: “Sən qəbrdə olana söz eşitdirə bilməzsən.” (Fatir, 22)
Bizim peyğəmbərimiz (s) hökumət qurdu, peyğəmbərimiz buyurdu ki, əgər güc mənim əlimdə olmasa, nə əxlaqı dirçəltmək olar, nə də təlim-tərbiyyəni inkişaf etdirmək olar.
Həzrət Əli (ə) hakimiyyətə gəldikdə buyurdu: Uca Allah alimlərdən əhd alıb ki, acın aclığına və toxun toxluğuna göz yummasınlar, buna təslim olmasınlar. Mən isə bu səbəbdən hakimiyyəti qəbul edirəm.
Həzrət bu hədisdə “imamlar” yox, “alimlər” deyir. Demək alimlərin işi çox ağırdır.
Mənim sualım budur ki, nə üçün əxlaqsız bir şəxs hakimiyyəti ələ keçirdikdə, səsiniz çıxmır. Lakin din üzrə fəqih bir şəxsin vilayətindən, rəhbərliyindən söz açıldıqda ona qarşı səslənirsiniz?
Nə üçün dini hakimiyyətin nümunəsini görmək istədikdə İslam Respublikasına yox, Talibana, Əlqaidəyə baxırsınız? Hər il bir dəfə həqiqi, doğru seçkilər keçirən İslam Respublikası!
Dinin hakimiyyətdən ayrı olması məsihilərə aiddir. Onlar əqidələri incələyir, xalqın başına oyun açırdılar. Sonda isə xalq dinin hökumətdən ayrı olmasını deməyə məcbur oldu. Lakin bizim dinimizdə belə deyil, bizim dinimizdə buyurulur: “Dində məcburiyyət yoxdur.” (Bəqərə, 256)
Əgər hökumətiniz din üzərində qurulsaydı, şübhəsiz torpaqlarınızın 20 faizi əlinizdən çıxmazdı. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün hərbi hissələrə müğənni yollayırsınız. Bunun bir nəticəsi olubmu?!
Mən bu Alicənab Seyidə tövsiyə edirəm ki, əcdadlarının, Əmirəlmömininin (ə) yolunu davam etdirsin, onlara qarşı nankor olmasın. Bir seyid hər nəyi satsa da əcdadlarını heç nə ilə dəyişməz!/qafqaz.ir/
1818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi