Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Admiral Şahin Sultanovun əmisi oğlu əsgərlərin ərzağını satırmış

Admiralın ən yaxın adamı zindan yolunda ; Elçin Sultanov yeyinti faktına görə həbs edilə bilər; hərbi prokuror Xanlar Vəliyev də bu mövzuda maraqlı tərəfdir
“Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandiri, vitse-admiral Şahin Sultanovun əmisi oğlu Elçin Sultanov da həbs edilə bilər”. Bu məlumatı redaksiyamıza hərbi dairələrə yaxın olan mənbə deyib. Qaynaq bildirib ki, E.Sultanov Hərbi Dəniz Qüvvələrində manqa komandiri vəzifəsində çalışır: “Şahin Sultanov HDQ-nin komandiri olduğu müddətdə Elçin Sultanova bu strukturda manqa komandiri vəzifəsi verib. Elçin Sultanov Şahin Sultanovun ”qara işləri"ni görən adamlarından biri olub.

O, uzun illər ərzində HDQ-nin şəxsi heyətinin ərzaq bazasını talayıb. Şahin Sultanovun xeyir-duası ilə o, HDQ-nin ərzaqlarını - meyvə şirələri, meyvə, gündəlik tələbat mallarını bazadan qanunsuz olaraq çıxarıb və ən müxtəlif mağazalarda satdırıb. Həmin malların satıldığı əsas dükanlardan biri də Ali Məhkəmənin yaxınlığında yerləşən market olub. Hazırda bu məsələ araşdırılır və Elçin Əliyevin həbs olunacağı gözlənilir. Çünki bu yeyinti faktının miqyası yüz min manatlarla ölçülür".

Qeyd edək ki, Elçin Sultanovun adı mətbuatda ilk dəfə hallanmır. Şahin Sultanovun iddiası əsasında şərlənərək həbs olunan hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun üzünə duranlardan biri də Elçin Sultanov olub.

Qeyd edək ki, indiyədək Ş.Sultanovun bir neçə yaxın adamı, o cümlədən Bəxtiyar Məmmədova qarşı şahidlik edən sabiq miçman Elxan Hacıyev bir müddət öncə korrupsiya ittihamı ilə həbs olunub. Bu günlərdə Ş.Sultanova yaxın olan daha bir kapitanın həbs xəbəri yayılıb.

Məlumatlar dolaşır ki, Ş.Sultanov özü də vəzifədən azad ediləndən həbs təhlükəsi ilə üz-üzədir, kifayət qədər dəlillər toplandıqdan sonra o, məsuliyyətə cəlb ediləcək.
Mənbəmiz “Yeni Müsavat”ın müxbirinə bildirir ki, onun həbsi hərbi prokuror Xanlar Vəliyevin də marağındadır: “Çünki Şahin Sultanov komandan olduğu müddətdə Xanlar Vəliyevi saya salmayıb, hətta üz-üzə gələndə ona salam da vermirmiş”./musavat/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber