Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Suriyada öldürülən azərbaycanlılardan ikisinin kimliyi məlum olub

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb.

Öldürülən azərbaycanlılar — “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurularaq öldürülüb.

T. Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir.

Z. Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir.

Terrorçular onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı terrorçuların öldürüldüyü barədə məlumat yayılıb./apa/


1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44