Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Zibil içində batan Bərdə

Zibil içində batan BərdəRayonun Kommunal Təsərrüfatı İdarəsinin rəhbəri pul qazanmaqla məşğuldur

Ölkənin ən qədim şəhərlərindən biri olan Bərdə bu gün özünün ağır günlərini yaşayır. Bir tərəfdən sosial-iqtisadi sıxıntılar, digər tərəfdən isə rayonun zibillik içində itib-batması daha çox diqqəti çəkir.

Demokratiya.info xəbər verir ki, rayonun Kommunal Təsərrüfatı İdarəsinin rəhbəri daha çox pul qazanmaqla məşğul olduğundan Bərdənin küçələrində zibil ayaq tutub yeriyir. Məlumatlarda deyilir ki, idarənin rəisi hər il büdcədən ayrılan vəsaitləri özünə sərf etdiyindən əsas işlərə xərcləmək üçün maliyyə imkanları qalmır.

İdarə müdirinin işləri təkcə bundan ibarət deyil. Həmçinin qeyd olunur ki, sözügedən şəxs adı olub, özü olmayan işçilərin də imkanlarından istifadə edir. Belə ki, o, özünə yaxın adamların adını ştat cədvəlinə salaraq, onların aylıq əmək haqlarını özünə götürür.

O da vurğulanır ki, idarə müdiri həmçinin bir sıra başqa işlərə də qol qoyur. Məsələn, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan zibil maşınları üçün ayrılmış yanacaq çox vaxt Bərdədəki YDM-lərə satılır. Bundan başqa, həmin avtomobillərdən vətəndaşların da pul müqabilində istifadə etdiyi deyilir.

Bərdənin küçələrində zibil yeşiklərinin olmaması, habelə zibillərin daşınmasının təşkili bərbad halda olduğundan şəhərdə durum ağırdır. Qeyd edilir ki, bəzən küçələrə atılmış zibillər aylarla yerində qalır və küləkli havada isə insanların üzərini batırır. Hərçənd zibil qutularının alınması üçün hər il büdcədən xeyli miqdarda pul ayrıldığı da deyilənlər sırasındadır. Amma həmin pullara qeyd olunanları almaq əvəzinə, başqa arzu və istəklərin həyata keçirilməsi reallaşdırılır./demokratiya/
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber