Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Gülər Əhmədova ilə bağlı qadağa...

Dünəndən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. Ölkə ictimaiyyətinin maraqla izlədiyi məhkəmə iclasına Gülər Əhmədova da gətirilib.

Modern.az saytının məlumatına görə, dünən ölkə mətbuatının baş xəbərlərindən birinə çevrilən bu məhkəmə işindən hər hansı görüntü mətbuatda nəzərə çarpmadı. Kürdəxanıdakı istintaq təcridxanasından Penitensiar Xidmətin xüsusi avtomobili ilə məhkəmə binasına gətirilən Gülər Əhmədovanın şəklinin çəkilməsi yasaq edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həm də məhkəmə iclasında iştirak edən jurnalistlərə dəmir barmaqlıq arxasında əyləşən Gülər Əhmədovanın görüntülərini lentə almağa icazə verməyiblər.

Bu səbəbdən də media Gülər Əhmədova ilə bağlı dünənki xəbərlərdə eks-deputatın köhnə şəkillərindən istifadə etməyə məcbur olub.
Dünənki prosesdə iştirak edən jurnalistlər Gülər Əhmədovanı başı yaylıqlı, uzun donda və qara eynəkdə görüblər.

Eks-deputat, YAP-ın sabiq üzvü Gülər Əhmədova bu il fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə deputat seçilməsinə köməklik üçün yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
2041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı