Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

“Sovetski”də həbs olunların bəziləri azadlığa çıxıb

“Sovetski”nin yeni planı çoxdan hazırdır, mətbuatda hətta ərazidə salınacaq parkın şəkilləri də yayılıb. Amma məhəllə sakinlərinin əksəriyyəti hələ də real konpensasiyadan imtina edir.

Necə deyərlər, hal-hazırda “Sovetski”dəkilər sadəcə gözləmə mövqeyindədirlər. Məlumata görə, yalnız 110 nəfərə yaxın mülkiyyətçi təklif olunan şərtlərlə razılaşıb. Onlar isə əsasən evlərinin kvadratmetri 30-40-dan aşağı olmayan sakinlərdir.

Məhəllədəki növbəti problemlərdən biri də daşınmadır. Sakinlər iddia edir ki, onlara bunun üçün pul ayrılmayıb. “Sovetski” sakinlərinin keçmiş “Təşkilat Komitəsi”nin sədri Namiq Quliyev Hafta.az-a açıqlamasında belə bir vədin hökumət tərəfindən həqiqətən də verildiyini deyir:

“Mən tanıdıqlarımdan, öz ərazimizdən - Abdulla Şaiq küçəsindən köçən adam tanımıram. Söküntüyə isə heç ümumiyyətlə, rastlaşmamışam. Bəli, kim ki gedib evin pulunu 1500-dən alacaqdısa, buna plyus 1000 manat (ayı 500 manatdan) iki ay hardasa qalmaq üçün, 400 manat isə malların daşınması üçün pul veriləcəkdi. Köçən tanımıram deyə bilmirəm onlara daşınma pulu verilib, ya yox”.

Sakinin sözlərinə görə, küçədəki bütün evlər ölçülüb və qeydiyyata alınıb. Namiq Quliyev etirazlarda tutulan vətəndaşlar haqqında da danışıb:

“5 nəfər həbs olunmuşdu, 3-ü 15 sutka, 2-si 30 sutka almışdı. 15 sutkalıqlar elə bir həftə saxlanılıb buraxıldılar, heç 15 sutka olmadı. Amma 30 sutka alanların vaxtı da ayın 3-də tamam olur”.

“Azadlığa çıxanlar 1 həftə güzəşti necə izah etdilər?” - sualına isə keçmiş sədr belə cavab verdi:

“3 nəfərdən yalnız birini tanıyıram. Sizə açığını deyim, o tanıdığımın da evinə 3 dəfə getmişəm, heç vaxt evdə tapa bilməmişəm. Heç onu görməmişəm də. Mənim özümə də maraqlıdır ki, onlar nəyə görə tutulmuşdular. İki nəfər isə hələ də içəridədilər, qismət olsa buraxılandan sonra danışaram onlarla. Biri elə lap qapı qonşumdur”.
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25