Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Кadırov: “Suriyada döyüşən terrorçuları Qərb maliyyələşdirir”

Çeçenistan prezidenti Ramzan Kadırov ABŞ və Qərb ölkələrini Suriyada döyüşən terrorçuların hazırlanması və silahlandırmasında ittiham edib.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, bu barədə Kadırov Instagram-da yazıb.

“Suriyada növbəti dəfə dinc sakinlərə divan tutulub. Suriya hökumətinin açıqlamasına görə, Türkiyə ərazisindən gələn yaraqlıların hücumu nəticəsində Kesab şəhərində yüzə yaxın adam öldürülüb. Bunlar hamısı ermənilər, Suriyanın yerli əhalisidir”, - Kadırov vurğulayıb.

“Hanı Avropa və ABŞ demokratiyası? Niyə onlar susurlar? Nəyə görə qadınları, uşaqları, qocaları məhv edən quldurlara milyonlarla pul, silah, xüsusi vasitələr ayırırlar? Neçə min Suriyalı həyatını itirməlidir ki, NATO terrorçuları dəstəkləməyə son qoysun?” - Çeçenistan prezidenti yazıb.

Xatırladaq ki, martın 21-də “Əl-Qaidə”-yə yaxın ekstremist qruplaşmalar Suriyanın Türkiyə ilə sərhədində yerləşən, əhalisinin böyük əksəriyyətini ermənilər təşkil etdiyi Kesaba şəhərinə hücum ediblər./apa/
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11