Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Ankarada gərgin anlar

Aksiyaçılar bələdiyyə seçkisinin Anklara şəhəri üzrə nəticələrinə etirazlarını bildiriblər

Türkiyənin paytaxtı Ankarada müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) bir qrup üzvü etiraz aksiyası keçirirlər.

Ali Seçki Qurumu (YSK) binasının qarşısında toplaşan qrup bələdiyyə seçkisinin Anklara şəhəri üzrə nəticələrinə etirazlarını bildiriblər.

YSK-nın qarşısında bir müddət oturaq aksiya keçirən qrup paytaxtın AKP-dən olan bələdiyyə sədri Melih Gökçek əleyhində şüarlar səsləndirib.

Aksiyaçı qrup daha sonra sabah (bu gün) yenidən toplaşmaq üzrə YSK-nın qarşısından ayrılıblar.

Qeyd edək ki, CHP-nin Ankaradan namizədi Mənsur Yavaş bu gün YSK-ya müraciət edərək seçkinin nəticələrinə etirazını bildirəcək.
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber