Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

ABŞ Ərdoğan hökumətini izləyib

Hazırda ABŞ-dakı müxtəlif ölkələrin 28 səfirliyi və konsulluğu dinlənilir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə hökumətindəki siyasilərin telefon danışıqlarını dinləyib. Belə bir iddia ilə dünən Almaniyada dərc edilən “Der NSA Komplex” adlı kitabın müəllifi çıxış edib. Kitabda qeyd edilən məlumata görə, MKİ-nin hökumət başçılarının telefon danışıqlarını ən çox dinlədiyi ölkələrin arasında Türkiyə də var.

MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenin mətbuata sızdırdığı gizli sənədlərə geniş yer verilən kitabda qeyd olunur ki, MKİ Türkiyə hökumətinin telefon danışıqlarını izlədikdən sonra onların məzmununu Ağ Evə təqdim edib.

İddiyaya görə, MKİ ABŞ-dakı bir çox səfirlikləri də dinləyib. Belə ki, 2010-cu ildə Türkiyə, Fransa, İtaliya və Yunanıstan səfirliklərinin telefon danışıqlarını gizli şəkildə izləyib. Hazırda isə ABŞ-da yerləşən müxtəlif ölkələrin 28 səfirliyi və konsulluğu MKİ tərəfindən dinlənilir./ans/
1755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15