Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

NATO toplantısı başlayır

Toplantıda Əfqanıstan, Suriya, uzaqmənzilli raketlərlə bağlı Türkiyə-Çin anlaşması və bir sıra məsələlər müzakirə olunacaq
NATO ölkələrinin müdafiə nazirləri oktyabrın 22-23-də Brüsseldə görüşəcək. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon nümayəndəsi Corc Littl deyib. Konfransda Türkiyəni müdafiə naziri İsmət Yıldız, Amerikanı isə Pentaqon rəhbəri Çak Heygel təmsil edəcək.

Toplantıda Əfqanıstan, Suriya, uzaqmənzilli raketlərlə bağlı Türkiyə-Çin anlaşması və sir sıra məsələlər müzakirə olunacaq.

Sammitin başlamasından bir gün sonra isə Alyansın qərərgahında NATO-Rusiya Şurasının iclası keçiriləcək. Bu şura NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə bir araya gələcək.
1871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber