Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

“Ukrayna vahid dövlət kimi fəaliyyət göstərə bilməz“

Lavrov: “Ukrayna vahid dövlət kimi fəaliyyət göstərə bilməz“
Kerri: "Rusiyanın Ukraynanın şərq hissəsində ordu qüvvələri yığması bu ölkəyə qarşı hədədir"

Fransanın paytaxtı Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə Ukrayna ətrafinda yaranmış vəziyyəti müzakirə ediblər.

"Ukrayna vahid dövlət kimi fəaliyyət göstərə bilməz. Dövlət federativ idarəetmə formasına keçməlidir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə görüşündən sonra mətbuat konfransında çıxışı zamanı bu cür açıqlama verib. Fransanın paytaxtı Parisdə baş tutan görüşdə tərəflər Ukrayna ətrafında yaranmış gərgin vəziyyəti aradan qaldırmaq məqsədilə müzakirələr aparıblar.

Kerri isə çıxışı zamanı Rusiyanın Ukraynanın şərq hissəsində ordu qüvvələrini gücləndirməsini Ukraynaya qarşı hədə kimi dəyərləndirib.

"Biz Ukraynanın öz gələcəyi ilə bağlı özünün seçim etməsini istəyirik və bu məsələdə Ukraynanın tərəfindəyik» - deyə Kerri qeyd edib.
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48