Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Əliyevə mühafizəçisindən şikayət

Pənah Baxşıyev: «Naib Dadaşov məni altı ay evində usta kimi işlədib, bir qəpik də verməyib»

Naib Dadaşov: «Mən o şəxslə heç bir əmək müqaviləsi bağlamamışam, haqqımda deyilənlər yalandır»

Vətəndaş Pənah Baxşıyev dövlət başçısı Ilham Əliyevə ünvanladığı məktubun surətini Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Daxili Işlər Nazirliyilə yanaşı, “Azadlıq”a da göndərib. Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində Almas Ildırım küçəsi döngə 4, ev 6-A ünvanında yaşayan Pənah Baxşıyev məktubunda yazır:

“Mən mənzil təmir etməklə, usta işləməklə ailəmi dolandırıram. Naib Dadaşov adlı şəxs özünü prezidentin mühafizəçisi kimi təqdim edərək, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ruhulla Axundov küçəsi 5 saylı ünvandakı bağ evini aldığını bildirərək, həmin evdə təmir-tikinti işləri aparılmasını sifariş etdi. Razılaşmaya əsasən, həmin mənzilin tam təmiri və digər işlərin görülməsi müqabilində Naib Dadaşov hər gün üçün mənə 30 manat pul verməli idi. Mən 6 ay işləsəm də, bu şəxs mənə yalnız quru vəd verdi. Bu minvalla 6 ay onun mənzilini təmir etdim. Amma o, mənə bir qəpik də vermədi. O, gördüyüm və razılaşdığım 5400 manat pulu ödəməkdən yayınır. Naib həmişə deyirdi ki, Maliyyə Nazirliyinin xəzinədarı Abbas əmi gələcək və gördüyüm işlərə görə pulumu ödəyəcək. Naib Dadaşov özünü prezidentin mühafizəçisi kimi təqdim etdiyi üçün ona inandım və 6 ay dayanmadan işlədim. Qeyd edim ki, işlədiyim heç bir yerdə başıma belə bir iş gəlməyib. Naib Dadaşov məni səhər saat 9-dan axşam 23-ə kimi istismar edib. Hətta mənzilin təmiri və digər işlərin görülməsi üçün bəzən materialları öz vəsaitim hesabına almışam.

Naib Dadaşovun məni aldadaraq ödəmədiyi 5400 manat pulun alınıb mənə verilməsində kömək etməyinizi xahiş edirəm. Mən sonradan bildim ki, Naib Dadaşov Xüsusi Dövlət Mühafizə Xidmətində işləyir. Həmin vaxt atam vəfat etdiyindən yas mərasimi üçün ondan zəhmət haqqımı istəsəm də, pulu ödəməyib aradan çıxdı. Naib Dadaşovun qanunsuz hərəkətindən sonra ürək ağrısıyla 26 saylı xəstəxanaya düşdüm. Bir ay xəstəxana şəraitində müalicə olunub çıxandan sonra bu müraciəti yazıram. Naib Dadaşovdan 5400 manat əməkhaqqımın alınaraq mənə verilməsinə kömək göstərməyinizi xahiş edirəm".

Şikayət məktubunda yazılanlarla əlaqədar Naib Dadaşovla da əlaqə saxladıq. O, “Azadlıq”a açıqlamasında bildirdi ki, Pənah Baxşıyev adlı şəxsi tanımır və onunla heç bir əlaqəsi olmayıb: “Mən o şəxslə heç bir əmək müqaviləsi bağlamamışam. Haqqımda deyilənlər yalandır. Mən elə bir insanı işlətməmişəm”.
1925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...