Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Azərbaycan oliqarxları İngiltərədə bahalı villalar alır

Azərbaycan oliqarxları Böyük Britaniyada özlərinə bahalı daşınmaz əmlaklar alırlar.

Bu informasiyanı İngiltərənin məşhur “Teleqraf” (“The Telegraph”) qəzeti yayıb. Xəbərdə bildirilir ki, Londonda özlərinə villa alan oliqarxlar Rusiya, Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan və Azərbaycandandır. Londona bu tip axının son iki ildə daha çox artdığı, alınan villaların hər birinin lüks olduğu vurğulanır.

Qəzet bu vaxta qədər rus oliqarxlarının rəhbərlik etdiyi siyahıda liderliyə hazırda ukraynalıların yüksəldiyini də bildirib./axar/
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP