Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Türkiyədə kürdlər ayağa qalxdı

Türkiyədə bələdiyyə seçkilərindən sonra yaşanan gərginlik davam edir.

Bu dəfə kürdlərin partiyası kimi tanınan BDP tərəfdarları Şanlıurfada bələdiyyə sədrliyini AKP-nin qazanmasına etiraz ediblər. Belə ki, BDP namizədi İsamyıl Aslanın seçkiləri 755 səs fərqlə AKP namizədi Menderes Atillaya uduzmasından sonra kürdlər etiraza qalxıb.

BDP tərəfdarları hökumət binası qarşısına toplaşaraq etiraz etməyə başlayıblar. Nəticədə polis aksiyaçılara müdaxilə edib. Polislə qarşıdurma yaşanıb. Etirazçılar polisin müqaviməti ilə üzləşib və ara küçələrə axışıblar.
1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı