Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Bakı metrosunda həyəcanlı anlar yaşandı

Bu gün səhər Bakı metropoliteninin "Nərimanov" stansiyasında sərnişinlər gərgin anlar yaşayıblar.

Verilən məlumata görə, 35-37 yaşlarında bir kişi qəfildən huşunu itirərək yıxılıb.

Stansiyaya çağırılan reanimasiyalı təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb.

Həkimlər onun halının kəskin ürəktutmadan pisləşdiyini bildiriblər./Milliaz/
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber