Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Ordumuzun əsgəri şəhid oldu

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib
Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Baxşıyev Akif Aydın oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Akif Aydın oğlu Baxşıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı.

Akif Aydın oğlu Baxşıyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir./ans/
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51