Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

ÇL: 1/4 final mərhələsinin ilk 2 görüşü keçirilib

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

La Liqada çempionluq uğrunda bir-birinə rəqib olan “Barselona” ilə “Atletiko”nun yolu qitənin ən nüfuzlu klub turnirində də kəsişib. “Nou Kamp”da reallaşan matçda favorit meydan sahibləri sayılsa da, qonaqlar sürpriz edərək 1:1 hesablı bərabərliyə nail olublar.

İngiltərə Premyer Liqasında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunyated”in rəqibi isə “Bavariya”dır. Turnirin sonuncu qalibi “Old Trafford”dan sərfəli nəticə ilə ayrılmağı bacarıb. "Bavariya" qalib gələ bilməsə də, Münhendə keçiriləcək cavab oyununa rahat çıxacaq.

1/4 final mərhələsi

“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) - 1:1
Qol: Neymar, 71 - Dieqo, 56

“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:1
Qol: Vidiç, 58 - Şvanştayqer, 67

Xatırladaq ki, 1/4 final mərhələsinin digər 2 oyunu bu gün baş tutacaq.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16,