Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Dərman biznesində 500 milyonluq fırıldaq

İdxal olunan dərmanın həcmi Dövlət Gömrük Komitəsində gizlədilir

Azərbaycanın dərman bazarı 97 faiz idxaldan asılıdır. Pərakəndə qiymətlər isə qonşu ölkələrdəkindən çox bahadır. Bunu yerli və xarici mənbələr də göstərir.
“Pharmexpert” (Rusiya) Tibbi Araşdırmalar Mərkəzinin monitorinqinə əsasən, 2013-cü ildə Azərbaycanda əczaçılıq məhsullarının pərakəndə satış həcmi 731 milyon dollar olub və bu, əvvəlki ildən 18 faiz çoxdur. Həmin mənbəyə əsasən, 2011-2013-cü illərdə əczaçılıq bazarında artım 45 faiz təşkil edib.
Amma gömrükdə bəyan edilən dərman həcmi 243 milyon olub. Beləliklə, də təxminən 500 milyonluq dərman qeydə alınmayıb. Bundan başqa yerli KİV-ə görə, təkcə bir şirkət (“AvroMed” MMC) 2011-ci ildə 211,7 mln manatlıq dərman satıb. “AvroMed” MMC-nin hakim ailəyə məxsus olduğu barədə iddialar var. Bu şirkət dərman bazarında əsas söz sahiblərindən biridir.
Dövlət Statistika Komitəsinin 2011-ci ildə əhalinin səhiyyə xərcləri barədə məlumatına görə, (adambaşına ayda 6,8 manat) əhali bu ehtiyacına 750 milyon manat və ya 900 milyon dollar xərcləyib. Həmin mənbəyə görə, 2012-ci ildə adambaşına səhiyyə xərcləri 35 faiz artıb. Demək, dərman alınması xərcləri də artıb.
“Turan” Dövlət Satınalmalar Agentliyinin məlumatları əsasında hesablayıb ki, 2013-cü ildə dövlət büdcəsindən dərman alınmasına 120 milyon manat xərclənib, bu il bu məbləğ 130 milyon manat olacaq. Beləliklə, nominal qiymətlə dərman idxalının 60 faizi 2013-cü ildə dövlət müəssisələrinin payına düşüb. Onkologiya Mərkəzi 2013-cü ildə dərmanlara 20,5 milyon manat xərcləyib. Xəstələr isə gileylənir ki, bu qurumda pulsuz dərman yoxdur.
2007-ci ildə dövlət büdcəsindən bu məqsədlə 46 milyon manat (sarğı materialları və rentgen plyonkalarına 8 milyon manat) ayrılıb. 2008-ci ildə bu göstərici 95 milyon manat olub. Bunun 86,8 milyon manatı dərman alınmasına xərclənib. 2009-cu ildən DSA konkret növlər üzrə informasiya vermir.
İmkan olsa da, Azərbaycanda dərman preparatları istehsalı qaydaya salınmayıb. Yalnız bir özəlləşdirilmiş müəssisə var. 2013-cü ildə o, 2,6 milyon manatlıq dərman buraxıb. Halbuki Gürcüstanda dərman bazarının həcmi 230 milyon dollardır və 14 faizi yerli istehsal təmin edir.
Azərbaycanda əczaçılıq fəaliyyətinə Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertiza Mərkəzi lizenziya verir. Ötən il yanvarın 1-i üçün 876 sahibkarlıq subyektinin lisenziyası olub. Bunun 521-i Bakıdadır. Səhiyyə Nazirliyinin Apteklər İdarəsinin yanında 900-dən çox aptek var. Bu bazarda inhisarçılıq var və o, bir neçə şirkət arasında bölünüb. Burda son sözü “AvroMed”, “Riyad-Pharm”, “Azeri Med”, “Certus Pharma”, “Farm Qrup” və “Paşa-Ko” deyir. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin məlumatına görə, bu və digər şirkətlər 233 xarici istehsalçının distribütorudur.
Beynəlxalq tədqiqatlara əssən, apteklərdə satılan dərmanların 75 faizi reseptlə satılır. Bu göstəricidə Azərbaycan postsovet məkanında liderdir. Ermənistan və Gürcüstanda dərmanların üçdə biri reseptsiz buraxılır. Rusiyada bu göstərici 50 faizdir.
Azərbaycan Gürcüstan və MDB-də ucuz dərman satılan ölkələr arasında autsayderdir. Dərmanların 9 faizi 2 dollardan ucuzdur. 23 faizi isə 20-200 dollardır. Gürcüstanda bu göstərici 14 faiz və 10,6 faizidir.
www.bakumedinfo.com-un məlumatına görə, istehlakçıların ucuz dərman tapmaq problemi var. “Farm-depo” ucuz dərman qəbul etmir. Saytın məlumatına görə, “Drotaverin” həyati vacib dərmandır və ucuzdur. Əgər topdançı “No-şpa”nı 2 manata alıb 10 faizi əlavə edirsə, hər dərmandan 20 qəpik qazanır. “Drotaverin”i 50 qəpiyə alıb 10 faizi artıranda ona 5 qəpik qalır. Apteklər ucuz dərman almağa hazırdır, amma əczaçılıq şirkətləri qazanc az olduğu üçün onlarla məşğul olmur./azadıq/
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı