Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Metro ticarətçilərinin Tağı Əhmədovdan pul tələbi

Onlar «Eurovision»la bağlı yığılan pullarını istəyirlər

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında mağazaları sökülən ticarətçilər iş yerlərini itirməklə yanaşı, aldadıqlarını da deyirlər. İ.Əliyevə müraciət edən satıcılar Tağı Əhmədov işdən azad olunandan sonra onlara yaxşı şərait yaradılacağına ümid ediblər:

“Ümid etdik ki, bizim kimi adamlar rahat nəfəs alacaqlar. Hamı elə düşünürdü ki, bundan sonra ailəsini daha yaxşı dolandıracaq. Çünki qazandığımız 1-2 manat pullu da bizdən ”tikinti pulu", “vergi pulu”, “xidmət pulu”, “zibil pulu”, “yer pulu” adı ilə məcbur alırdılar. Amma yeni metro rəisi gözlənilənin tam əksini etdi. Yeganə qazanc yerimizi bağlayaraq bizə ağır zərbə vurdu. Indi bizlər iş yerlərimizin bərpa olunması ilə yanaşı, 2012-ci ilin martında “Eurovision” yarışması ilə bağlı yığılan 1100 manatı da tələb edirik. Çünki o vaxt alüminiumdan olan köşkləri yeniləri ilə əvəz etmək adı ilə bizdən 104 min 500 manat pul yığıblar. Bu, bizlər üçün kifayət qədər böyük məbləğdir".

Metro ticarətçiləri məktublarında qeyd ediblər ki, o vaxt həmin pulu çoxları bankdan kredit götürmək hesabına ödəyib: “O, vaxt Tağı Əhmədovun yaxın adamı Şövqi Əhmədov bizi məcbur etdi ki, üç gün içində həmin pulu yığıb verməlisiniz. Mağazalarımız bağlananda biz həmin pulu tələb etdik. Çünki Tağı Əhmədov bizə demişdi ki, nə vaxtsa həmin mağazalardan çıxsanız, həmin məbləğ ticarətçilərə qaytarılacaq. Bizim də ümidimiz ona idi ki, nə vaxtsa metrodan çıxsaq, 1100 manatımızı alıb bir başqa yerdə ticarətə davam edəcəyik. Indi əlimizdə pul yoxdur ki, alver edək”.

“Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib.

R.Hacıyev sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin quruma müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər: “Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk”.

Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyekti sökülüb./musavat/
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber