Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

63 yaşlı kişi 25 ildir ki, küçələrdə yaşayır

Gecələr isə yatdığı yer atılmış avtomobildir

Xudaşükür Əliyev 25 ildir ki, küçələrdə həyat tərzi keçirir. Gecələr isə yatdığı yer atılmış avtomobildir.

Qonşular deyir ki, iş qabiliyyəti olmadığından elə bu küçənin sakinləri ona maddi yardım edir. Ancaq soyuq havada maşın içərisində gecələməkdən və ayaqyalın gəzməkdən xəstəlik bədənini tərk etmir.

Müsahibim deyir ki, 1978-ci ildə ailə qurmuşam və 1 oğlum var, ancaq elə o gündən bəri xoşbəxtlik məndən üz döndərdi. Evləndikdən sonra xanımı onunla yaşamaqdan imtina edib. Dəfələrlə evdən qovulan X. Əliyev nəhayət 6 ildən sonra boşanıb. Elə o gündən bəri işlədiyi yelərdə qalan müsahibim iş fəaliyyətini itirdikdən sonra yollara düşüb. Qardaşlarına üz tutanda isə heç də müsbət cavab almayıb.

Qonşular deyir ki, illərdir həmin küçədə yaşadığından hamı onu tanıyır. Heç bir pis əməlləri olmadığını və məhəllə sakinləri ilə çox mehriban olduğunu deyirlər.

İndi ümid qalır X. Əliyevin ailəsinin mərhəmətinə. 12 nəfərlik ailənin üzvü olan müsahibimə onlardan heç birinin bu günə qədər sahib çıxmaması X. Əliyevin hələ bu küçədə çox qalacağına işarədir./ans/
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:0