Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Ağstafada Xanım Fatimənin (s.ə) şəhadət günü qeyd edilib

Ağstafa, 22 aprel, SalamNews, K.Əskiparalı. Ağstafa rayonunda Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) şəhadət günü qeyd edilib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Ağstafa İmam Əli (ə) adına məscidin axundu seyid Zaur Ağazadə Xanım Fatimənin həyat yolundan geniş söhbət açıb. O deyib ki, hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur. Xanım Zəhra ilahi kamillik yolunun nümunələrindəndir. Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."
1523 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21