Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Tağı Əhmədov metro ticarətçilərinə 104 min 500 manat “atıb”

Tağı Əhmədov metro ticarətçilərinə Sahibkarlar vaxtilə onlardan məcburi şəkildə alınan 1100 manatı tələb edirlər

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında mağazaları sökülən ticarətçilər prezident İlham Əliyevə “İmdad” başlığı ilə məktub yazıblar. Metro ticarətçilərindən “Yeni Müsavat”a verilən məlumata görə, prezidentə göndərilən məktubda qeyd olunub ki, onlar iş yerlərini itirməklə yanaşı, dələduzlar tərəfindən aldadılıblar. Bir surəti “Yeni Müsavat”a göndərilən məktubda deyilir:

“Tağı Əhmədov işdən azad olunandan sonra bizdə belə bir ümid yaranmışdı ki, bundan sonra ticarətlə məşğul olan bizim kimi adamlar rahat nəfəs alacaqlar. Hamı elə düşünürdü ki, bundan sonra ailəsini daha yaxşı dolandıracaq. Çünki qazandığımız 5-10 manatı da bizdən ”tikinti pulu", “vergi pulu”, “xidmət pulu”, “zibil pulu”, “yer pulu” adı ilə məcburi qaydada alırdılar.

Amma yeni metro rəisi gözlənilənin tam əksini etdi. Yeganə qazanc yerimizi bağlayaraq, bizə ağır zərbə vurdu. İndi bizlər iş yerlərimizin bərpa olunması ilə yanaşı, 2012-ci ilin martında “Eurovison” yarışması ilə bağlı yığılan 1100 manatı da tələb edirik. Çünki o vaxt alüminiumdan olan köşkləri yeniləri ilə əvəz etmək adı ilə bizdən 104 min 500 manat pul yığıblar. Bu bizlər üçün kifayət qədər böyük məbləğdir".

Metro ticarətçiləri məktublarında qeyd ediblər ki, o vaxt həmin pulu çoxları bankdan kredit götürərək ödəyib: “O vaxt Tağı Əhmədovun yaxın adamı Şövqi Əhmədov bizi məcbur etdi ki, üç günün içərisində həmin pulu yığıb verək. Mağazalarımız bağlananda biz həmin pulu tələb etdik. Çünki Tağı Əhmədov bizə demişdi ki, nə vaxtsa həmin mağazalardan çıxsanız, həmin məbləğ ticarətçilərə geri qaytarılacaq. Bizim də ümidimiz ona idi ki, nə vaxtsa metrodan çıxsaq 1100 manatımızı alıb, bir başqa yerdə ticarətə davam edəcəyik. İndi əlimizdə pul yoxdur ki, alver edək”.

Xatırladaq ki, Bakı Metropolitenindəki ticarət köşklərinin sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yer təklif olunub. Bu təkliflə razılaşan sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.
Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyekti sökülüb.
1127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44