Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Almaniyada sələfi türklər həbs olundu

Almaniya Suriyadakı İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən üç sələfini həbs edib.

Karlsruhe vilayətinin Federal Baş Prokurorluğu sırağagün polisin Berlin, Bonn və Frankfurt şəhərlərində sələfi müsəlmanlara qarşı əməliyyat təşkil etdiyini açıqlayıb.

Hüquq mühafizə orqanları üç şəhərdəki cəmi on evdə axtarış aparıb.

Berlində milliyətcə türk olan Almaniya vətəndaşı Fateh K. adlı şəxs 2013-cü ilin avqust və sentyabr aylarında Suriyada olan vətəndaş qırğınında paramilitar qüvvələrə qarşı toqquşmalara qatılmaq və təbliğat vəsaiti istehsal etməkdə günahlandırılıb.

Frankfurt şəhərindəki basqında isə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına üzv olduğu iddiası ilə 26 yaşlı daha bir türk həbs olunub. Şübhəli yanvar ayında Almaniyaya qayıtdıqdan sonra təşkilat üçün pul və başqa zəruri vəsait təmin etməkdə günahlandırılıb.

Bonn şəhərindəki basqında isə təşkilata aid 4 min 800 avro pul dəstəyi təmin etdiyi əsası ilə Almaniya və Polşa vətəndaşı olan bir qadın həbs olunub.
1728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07