Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Yanukoviç canlı yayımda Ukrayna üçün referendum istədi

Bir qədər öncə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “Dojd” kanalı vasitəsi ilə “Associated Press”-ə verdiyi müsahibə başa çatıb.
Aktual.az xəbər verir ki, Yanukoviç çıxışında ölkədə keçiriləcək prezident seçkilərinə toxunub. Onun sözlərinə görə, yeni hakimiyyət ölkənin gələcək taleyi barədə tərəddüd içindədi.

Yanukoviç bildirib ki, Avropa ölkələrinin xarici işlər nazirlərinin ona qarşı tələ quracağını heç ağlına belə gətirməyib. O, etiraf edib ki, ukraynalıların təhlükəszliyi üçün Rusiya prezidenti Vladimir Putindən rus hərbçilərinin köməyini istəyib.

Yanukoviç avropalı diplomatları məsuliyyətli olmağa çağırıb. Krımın ayrılmasının qarşısınn alınması üçün əlindən gələn hər bir addımı atmağı hazır olduğunu açıqlayan sabiq prezident baş verən hadisələrdə Ukraynanın hazırkı rəhbərliyini təqsirli bilib. Onun sözlərinə görə, bir qrup bandit sakit qalan Avropanın gözü önündə xalqına qarşı zülm edib.

“Associated Press”-in sualların cavablandıran Yanukoviç ölkədəki fikir ayrılığının qarşısının alınması üçün Ukraynada referendum keçirilməsinin vacibliyini dilə gətirib və əlavə edib ki, kifayət qədər asılı vəziyyətdə olduğundan ölkəsinin Rusiya ilə əlaqələrinə diqqət yetirilməlidi.
1072 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34
Ərb