Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Güləşçimizlə birgə Suriyada həlak olan azərbaycanlının adı bəlli oldu

Suriyada öldürülən daha bir azərbaycanlının adı məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı bir neçə gün əvvəl Suriyada yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Ceyhun Bayramovla birlikdə həlak olan şəxsin onun bacısının əri, “Abdul Məcid” ləqəbli Ağakişiyev Aydın Rais oğlu olduğu müəyyənləşib.

A.Ağakişiyevin ölümündən əvvəl çəkilən fotosu da əldə edilib.

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan bir neçəsinin Sumqayıt sakini olduğu məlum olub.

Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrində verilən məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

C.Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub./apa/
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı