Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Ali Məhkəmə hicab məhbusunun şikayətinə baxdı

Aprelin 2-də hicab məhbusu Nahid Qəhrəmanovun işindən Ali Məhkəməyə verilən şikayətə baxılıb.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. Nərimanov Rayon Məhkəməsi 2013-cü il oktyabrın 21-də onu 4 il müddətinə azadlıqdan məhrum edib. Qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət olunub.

Bakı Apelyasiya Məhkəməsində işə ilkin baxış zamanı Nahid Qəhrəmanovun müdafiəçiləri şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Apelyasiya Məhkəməsi bu istəyi təmin etməyib. Ona görə də Ali Məhkəməyə şikayət verilib.

Vəkil Bəxtiyar Hacıyev “Media forum”-a bildirib ki, kassasiya şikayəti təmin olunmayıb. Bu o deməkdir ki, Bakı Apelyasiya Məhkəməsi birinci instansiyanın Nahid Qəhrəmanov haqda çıxardığı qərardan verilmiş şikayətə məhkəmə istintaqı aparmadan baxacaq.

Birinci instansiyanın qərarından verilmiş şikayətdə həbs haqqında hökmün ləğv edilməsi istənilir.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45