Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Türkiyə Konstitusiya Məhkəməsi “Twitter”i azad etdi

Türkiyə Konstitusiya Məhkəməsi “Twitter” qadağasının dərhal aradan qaldırılması barədə qərar qəbul edib

Bu gün Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP