Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Nazir dəyişdi, vəziyyət dəyişmədi

Orduda itkilər niyə davam edir?

Azad İsazadə: "Bu gün orduda əsgərlərə qarşı münasibət normal deyil. Bu da qeyri-döyüş itkilərinin azalmasına imkan vermir"

Bu ilin birinci rübündə Azərbaycan ordusu 17 hərbçisini itirib. Bu itkilərdən yalnız 5-i döyüş, 12-si isə qeyri-döyüş itkiləridir. 25 hərbi qulluqçu isə yaralanıb və xəsarət alıb. Bu rəqəmlər "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı hesabatda əks olunub.

Qeyri-döyüş itkiləri arasında yenə də ihtiharların sayı çoxluq təşkil edir.

Ötən il yeni müdafiə naziri dəyişəndə orduda bu sahədə müəyyən dəyişikliklərin olacağına böyük ümidlər bəslənirdi. Hətta nazir təyinatının ilk aylarında əvvəlki illərlə müqayisədə orduda itkilərin sayının azalmasını da görmək olurdu. Lakin bu ilin ilk üç ayının yekunları yenidən ortaya acınacaqlı mənzərə çıxardı. Bu isə onu deməyə əsas verir ki, orduda hazırkı problemlər, əsgərləri intihara sövq edən səbəblər aradan qaldırılmayıb.

Tanınmış psixoloq Azad İsazadə problemi orduda və cəmiyyətdəki psixoloji vəziyyətdə görür. Bu gün artıq cəmiyyətdə əsgərliyə uşaq göndərmək istəyi yoxdur. Çünki valideynlər başa düşür ki, orada şərait, əsgərlərlə davranış normal deyil. Bu durum dəyişməyənə qədər vəziyyət belə də qalacaq: "Nə vaxt ki, cəmiyyətdə əsgərliyə uşaq göndərmək fəxr sayılacaq, valideynlər övladlarını hərbi xidmətə könüllü göndərəcəklər, onda deməli, orduda vəziyyət sabitləşib. Ancaq bu gün orduda əsgərlərə qarşı münasibət normal deyil. Bu da qeyri-döyüş itkilərinin azalmasına imkan vermir".
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber