Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat yalan çıxıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib. Əməliyyatı saat 01:37-də başa çatıb.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber