Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

“Azəriqaz” 400 işçisini ixtisara salmağa hazırlaşır

“Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində yeni qurum yaradıldı. Yeni qurum tikinti və qaz qəza dispetçerinin səlahiyyətlərini yerinə yetirəcək”.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisi dedi ki, “Azəriqaz” İstehsalat Birliyindən işdən çıxarılan mütəxəssislərin bəziləri yeni qurumda işlə təmin ediləcək: “Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində attestasiya keçirilir. Bu imtahandan keçənlər təkrar işə cəlb ediləcəklər. Yəni müəyyən olunmuş norma əsasında işçilər seçiləcək. Digərləri isə işsiz qalacaq”.

Təşkilat rəhbəri qeyd etdi ki, 11 rayonda 30-40 nəfər işsiz qalacaq: “İlkin hesablamalara görə, azı 400 nəfər işsiz qalacaq. Onlara iki aylıq əməkhaqqı müqabilində kompensasiya ödəniləcək. Bu, hələ ilkin mərhələdir. İlin sonunadək yüzlərlə neftçi ixtisara salınacaq”./virtualaz/
1347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber