Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2014

Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq

Sergey Lavrov: “Montrö Sazişindəki bütün öhdəliklər yerinə yetirilməlidir. Keçişləri nəzarətdə saxlayacağıq”.

Ukraynada baş verən hadisələrdən sonra İstanbuldan keçən ABŞ gəmilərinə görə Rusiya Türkiyəyə xəbərdarlıq edib.
Bugun.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Amerika hərbi gəmilərinin Qara Dənizdə razılaşdırılmış vaxtdan artıq qaldığını qeyd edərək, Türkiyəni Montrö Sazişinin şərtlərinə uymağı tələb edib.
Türkiyədən Qara Dənizə keçiş təhlükəsizliyinə nəzarətin Türkiyədə olduğunu bildirən Lavrov, “Montrö Sazişindəki bütün öhdəliklər yerinə yetirilməlidir. Keçişləri nəzarətdə saxlayacağıq”,-deyə qeyd edib.
Qeyd edək ki, Montrö Sazişinə görə Qara Dənizə sahili olmayan ölkələr, Qara Dənizə girdikdən sonra burada sadəcə 21 gün qala bilərlər.
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber