Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Sumqayıtda sahibkarlar yenidən aksiya keçirib

Sumqayıtda yanan «Karvan» Ticarət Mərkəzinin işçiləri və sahibkarlar ikinci gündür ki, etiraz aksiyası keçirirlər. Sahibkarlar dəymiş ziyana görə kompensasiya tələb ediblər.

Onlar oktyabrın 22-də eyni tələblə yenidən icra hakimiyyətinin qarşısına yığışıblar. Məsələylə bağlı yaradılmış xüsusi komissiya onların tələblərini dinləyib, qeydlər aparıb.

«Karvan» Ticarət Mərkəzində yanğın oktyabrın 19-da olub. Nəticədə 16 nəfər tüstüdən zəhərlənib, ticarət mərkəzinin 23 minkv.m dən çox sahəsi yanıb.Mərkəzin ümumi sahəsi 35-40 min kvadratmetrdir.

Yanğın barədə Fövqəladə Hallar Nazirliyinə saat 19:25-də məlumat verilib. Yanğın saat gecə 1:30-da söndürülüb./azadlıq
1960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber